Mehmet Göçmen sənaye, tikinti və çoxşaxəli korporativ təşkilatlarda 40 ildən çox idarəetmə təcrübəsinə malik yüksək səviyyəli rəhbərdir.

Mehmet Göçmen
Türkiyə üzrə Nümayəndə

Mehmet Göçmen sənaye, tikinti və çoxşaxəli korporativ təşkilatlarda 40 ildən çox idarəetmə təcrübəsinə malik yüksək səviyyəli rəhbərdir.

Cənab Göçmen NEQSOL Holding-in Türkiyə üzrə nümayəndəsi vəzifəsində çalışır və Qrupun fəaliyyətlərinin ölkədə yüksək səviyyəli koordinasiyasını və təmsilçiliyini dəstəkləyir.

Bundan öncə Mehmet Göçmen Çalık Holding-in Direktorlar Şurasının üzvü olub. Daha əvvəl isə Türkiyənin aparıcı holdinqlərindən olan Sabancı Holding-də Baş İcraçı Direktor daxil olmaqla bir sıra mühüm rəhbər vəzifələrdə çalışıb.

Karyerasının əvvəlki dövrlərində cənab Göçmen Lafarge və Akçansa şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb, iri sənaye və tikinti layihələrinin idarə olunmasında iştirak edib. Peşəkar fəaliyyətinə isə 1983-cü ildə Çelik Halat ve Tel Sanayi A.Ş. şirkətində başlayıb.

Mehmet Göçmen Qalatasaray Liseyinin məzunudur. O, Middle East Technical University-nin (METU) Sənaye Mühəndisliyi ixtisası üzrə bakalavr, ABŞ-dakı Syracuse University-dən isə Sənaye Mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir.